Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Paris, 20 yanvar, AZƏRTAC
Fransa -Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi konsert proqramı ilə anılıb.
AZƏRTAC xəbər verir ki, Parisin 1-ci rayonunda təşkil olunmuş konsertdə musiqi və incəsənət, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konsertdə gənc azərbaycanlı pianoçu Eldəniz Ələkbərzadə və skripkaçı Surə Rüfət Azərbaycan və klassik bəstəkarların musiqilərini səsləndiriblər. Onlar İ. S. Bax, K. Debüsi, F. Kreisler və B. Dvarionas kimi klassik bəstəkarlarla yanaşı, Qara Qarayev, Arif Məlikov və Azər Dadaşovun bəstələrini də ifa ediblər.
Azərbaycanlı gənc və istedadlı musiqiçilərin ifası alqışlarla qarşılanıb.
Qeyd edək ki, pianoçu E. Ələkbərzadə və skripkaçı Surə Rüfət milli və beynəlxalq səviyyələrdə keçirilmiş müsabiqələrdə iştirak ediblər. Onlar Beynəlxalq müsabiqələr laureatıdırlar.
Şərqşünas alimin 20 Yanvar faciəsi haqqında məqaləsi Türkiyədə ingilis dilində yayımlanıb
Cənubi Koreya mətbuatında 20 Yanvara dair məqalələr dərc olunub
Rusiyalı rejissor: Azərbaycan bütün qonşuları ilə dinc yanaşı yaşamağa çalışır
20 Yanvar şəhidlərinin xatirəsi Berlində ehtiramla yad edilib