20 Yanvar faciəsi ilə əlaqədar respublikamızın cənub bölgəsində anım tədbirləri keçirilib
Lənkəran, 20 yanvar, AZƏRTAC
20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycanın cənub rayonlarında da böyük ehtiramla anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faciənin 34-cü ildönümü ilə əlaqədar Astara, Masallı, Cəlilabad, Lerik, Yardımlı və Biləsuvar rayonlarındakı Şəhidlər xiyabanları ziyarət olunub, anım tədbirləri keçirilib.
Tədbirlərdə rayon icra hakimiyyətlərinin rəhbərləri, yerli sakinlər və ictimaiyyət nümayəndələri Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksləri ziyarət olunub, önünə tər çiçək dəstələri düzülüb. Saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Şərqşünas alimin 20 Yanvar faciəsi haqqında məqaləsi Türkiyədə ingilis dilində yayımlanıb
Cənubi Koreya mətbuatında 20 Yanvara dair məqalələr dərc olunub
Rusiyalı rejissor: Azərbaycan bütün qonşuları ilə dinc yanaşı yaşamağa çalışır
20 Yanvar şəhidlərinin xatirəsi Berlində ehtiramla yad edilib