Azərbaycandakı dini konfessiyaların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı, 20 yanvar, AZƏRTAC
Bu gün 20 Yanvar faciəsinin 34-cü ildönümüdür.
AZƏRTAC xəbər verir ki, yanvarın 20-də Qafqaz Müsəlmanları İdarəsini sədri şeyxülislam Allahşükür Paşazadə, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri və din xadimləri Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad ediblər.
Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda mübarizədə canlarından keçən şəhidlərin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.
Şərqşünas alimin 20 Yanvar faciəsi haqqında məqaləsi Türkiyədə ingilis dilində yayımlanıb
Cənubi Koreya mətbuatında 20 Yanvara dair məqalələr dərc olunub
Rusiyalı rejissor: Azərbaycan bütün qonşuları ilə dinc yanaşı yaşamağa çalışır
20 Yanvar şəhidlərinin xatirəsi Berlində ehtiramla yad edilib