×
A
A
A
Sazlamalar

Cenevrədə 20 Yanvar şəhidlərinin xatirəsinə ehsan verilib

Vyana, 19 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi 20 Yanvar şəhidlərinin xatirəsinə birgə ehsan veriblər.
AZƏRTAC xəbər verir ki, ehsan mərasimi yanvarın 19-da Cenevrə İslam Mədəniyyəti Fondu nəzdində fəaliyyət göstərən məsciddə Cenevrədə məskunlaşan qaçqın, yoxsul və ehtiyacı olanlar üçün təşkil edilib.
Daimi nümayəndəlik əməkdaşları tərəfindən məscid ziyarətçilərinə Qanlı Yanvar hadisələri barədə ətraflı məlumat verilib, hadisə qurbanlarının ruhuna dualar oxunub.

 
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

20 yanvar 2024-01-19 23:19:00