×
A
A
A
Sazlamalar

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

Bakı, 19 yanvar, AZƏRTAC

Qanlı Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) rəisi, general-mayor İlqar Abbasov və agentliyin şəxsi heyəti Şəhidlər xiyabanına gələrək müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.
Bu barədə AZƏRTAC-a agentlikdən məlumat verilib.
SOMDA-nın şəxsi heyəti adından “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulub.

20 yanvar 2024-01-19 18:42:00