×
A
A
A
Sazlamalar

ADAU-da 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

Gəncə, 19 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən universitetin rektoru Zəfər Qurbanov bildirib ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı azadlıq uğrunda mübarizə əzminin heç bir qüvvə tərəfindən qırıla bilinməyəcəyini nümayiş etdirdi. Vətən müharibəsi və sonrakı hərbi əməliyyatlar xalqımızın yenilməz, məğrur olduğunu bir daha dünyaya göstərdi.
İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov və kafedranın dosenti Samirə Qasımova çıxışlarında xalqımızın 20 Yanvar tarixini əsla unutmayacağını, 30 il işğal altında qalmış torpaqların azad edilməsi ilə şəhidlərin ruhunun şad olduğunu söyləyiblər.
Tələbələrdən Ləman Rəfiyeva və Nihad Mürvətov çıxış edərək, ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra ərazi bütövlüyü naminə uzun müddət mübarizə apardığını və bu müqəddəs amal uğrunda mübarizədə minlərlə Vətən övladının canından keçdiyini deyiblər.
Sonda 20 Yanvar faciəsinə həsr olunan qısametrajlı film nümayiş etdirilib.

Regionlar 2024-01-19 15:14:00