ADY Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin alternativ marşrutunu təqdim edir
Bakı, 24 avqust, AZƏRTAC
“ADY Konteyner” MMC biznes müştərilər üçün alternativ transkontinental marşrut təqdim edir.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) AZƏRTAC-a bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttində aparılan təmir-bərpa işləri yekunlaşanadək yeni dəmiryolu-dəniz əlaqəsi təchizat zəncirinin bütövlüyünü təmin edəcək.
ADY-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində aparılan təmir-bərpa işləri ilə əlaqədar yüklərin təyinat stansiyalarına vaxtında çatdırılmasını təmin etmək məqsədilə biznes müştərilərə alternativ marşrut təqdim edir.
Belə ki, yeni marşrut ilə yüklər gəmilərlə Türkiyənin Dərincə, Mersin, Alsancaq, Marport və Evyap limanlarından Gürcüstanın Poti və Batumi limanlarına çatdırılacaq. Limanlarda konteynerlər platformalara aşırılaraq dəmir yolu vasitəsilə Bakı limanına daşınacaq. Daha sonra yük Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına, oradan da dəmir yolu vasitəsilə Orta Asiyadakı təyinat stansiyalarına göndəriləcək.
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
Daha bir küçədə sürət həddi endirilib
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
ASCO üzrə bu ilin II rübündə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb