Ötən gün Bakıda havanın temperaturu iqlim normasını 3.3° ötüb - Faktiki hava
Bakı, 23 avqust, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin avqustun 23-ü saat 10:00-a olan məlumatına əsasən, əksər rayonlarda hava şəraiti yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, yağıntının miqdarı Vəlvələçay Təngəaltıda (Quba) 17, Daşkəsən, Gədəbəy, Tərtərdə 1 millimetrədək olub.
Avqustun 22-də Bakıda havanın temperaturu iqlim normasını 3.3° ötüb. Belə ki, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 36°-dək, Naxçıvan Muxtar Respublikasında 35-39°, Aran rayonlarında 38°-dək, dağlıq rayonlarda 26-30°-dək isti olub.
Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir
Coğrafiya İnstitutunun əməkdaşı: Azərbaycanın ən küləkli bölgəsi Abşeron yarımadası və Qobustandır
Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir