×
A
A
A
Sazlamalar

Masallı-Cəlilabad rayonlarının inzibati sərhədində zəlzələ baş verib

Bakı, 23 avqust, AZƏRTAC

Avqustun 23-də Masallı-Cəlilabad rayonlarının inzibati sərhədində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yerli vaxtla saat 01:23-də qeydə zəlzələnin maqnitudası 5-ə bərabər olub.
Ocağı 13 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar episentrdə 4 baldan çox, ətraf rayonlarda 3-4 bala qədər hiss olunub.

Ekologiya 2023-08-23 01:44:00