×
A
A
A
Sazlamalar

Ermənistanda baş verən zəlzələ Azərbaycanın sərhəd rayonlarında hiss olunub

Bakı, 21 avqust, AZƏRTAC

Avqustun 21-də Tovuz stansiyasından 38 kilometr cənub-qərbdə - Ermənistan ərazisində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yerli vaxtla saat 13:59-da qeydə alınan zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib.
Maqnitudası 4,1-ə bərabər olan zəlzələ Azərbaycanın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.

 

Ekologiya 2023-08-21 14:52:00