×
A
A
A
Sazlamalar

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib - Faktiki hava

Bakı, 21 avqust, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin avqustun 21-i saat 10:00-a olan məlumatına görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin avqustun 20-də gündüz Lənkəran-Astara bölgəsinin bəzi yerlərində qısamüddətli yağış yağıb (1 millimetrədək).
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, havanın maksimal temperaturu Abşeron yarımadasında 36°-dək, Naxçıvan Muxtar Respublikasında və aran rayonlarında 37°-dək, dağlıq rayonlarda isə 28°-dək isti olub.
Avqustun 21-23-də əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtımalı var. Cənub-şərq küləyi üstünlük təşkil edəcək.

Ekologiya 2023-08-21 12:08:00