Hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə leysan xarakterli yağış yağıb
Bakı, 20 avqust, AZƏRTAC
Avqustun 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Böyük Qafqaz zonasının bəzi yerlərində yağıntılar intensiv olub.
Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qəbələdə düşən yağıntının miqdarı 34 mm (aylıq normanın 50 %-i), Şəkidə 20 mm (aylıq normanın 36 %-i), Qrızda 14 mm, Qaxda 10 mm, İsmayıllı, Xaltan, Şahdağ, Şamaxı, Oğuz, Quba, Altıağac, Qusar, Şabran, Qobustan, Balakən, Neftçalada 7 mm-dək olub.
Qərb küləyi arabir Ceyrançöldə 18 m/s, Şamaxıda 17 m/s-dək güclənib.
Gözlənildiyi kimi havanın temperaturu avqust ayının birinci yarısına nisbətən bir qədər aşağı enərək, Bakıda və Abşeron yarımadasında 32-35 dərəcə, Naxçıvan MR-də 36-38 dərəcə, aran rayonlarında 33-39 dərəcə, dağlıq rayonlarda 27 dərəcəyədək isti olub.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin avqustun 20-si axşam saatlarından tədricən kəsiləcəyi, 21-22-də gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Milli parklara səfər edən turistlərin sayı artıb
Bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli yağış yağacaq, dolu düşəcək
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
Yeni milli parkların yaradılması ilə qorunan təbiət ərazilərinin sahəsi genişləndirilib