Masazır qəsəbəsində ərazi tullantılardan təmizlənib
Bakı, 19 avqust, AZƏRTAC
Abşeron rayonunun Masazır qəsəbəsində məişət tullantılarının ətrafa atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmət rəsmisi Vaqif Cavadov AZƏRTAC-a bildirib ki, tullantıların qalaqlandığı ərazi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti ilə rayonun Masazır bələdiyyəsinin işçiləri tərəfindən təmizlənib.
Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə bələdiyyəyə tapşırıq verilib.
Almaniyada COP29 Sədrliyi iqlim şəffaflığı sahəsində qlobal təşəbbüsləri müzakirə edib VİDEO
COP30 iqlim konfransında “qlobal müəyyən edilmiş töhfə” təşəbbüsü irəli sürüləcək
Sabah Bakıda güclü külək əsəcək, bəzi rayonlarda yağış yağacaq – PROQNOZ