Xəbərdarlıq: Bəzi çaylardan sel keçəcəyi gözlənilir
Bakı, 18 avqust, AZƏRTAC
Avqustun 19-u gecə və səhər əsasən şimal və şərq rayonlarında, avqustun 19-u gündüzdən 20-si gündüzədək isə bəzi bölgələrdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi, əsasən Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan zonalarının bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı ehtimalı var.
Şərq küləyi əsəcək, sürəti saniyədə 15-18 metr olacaq, avqustun 19-da ayrı-ayrı yerlərdə arabir 20-25 metrədək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın sel keçəcəyi proqnozlaşdırılır.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb