×
A
A
A
Sazlamalar

Faktiki hava: Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib

Bakı, 18 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 18-i saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 17-də günün ikinci yarısında Qusarda qısamüddətli az yağış yağıb.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə bir neçə dərəcə enərək Bakıda və Abşeron yarımadasında 31-36°, Naxçıvan Muxtar Respublikasında 35-40° (Ordubad 40°), Aran rayonlarında 34-38°, Gəncə-Qazax zonasında 35-38°, dağlıq rayonlarda isə 30°-dək isti olub.

Ekologiya 2023-08-18 11:29:00