AZAL Moldovanın paytaxtına biletlərin satışına başlayıb
Bakı, 17 avqust, AZƏRTAC
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Moldovanın paytaxtı Kişineu şəhərinə biletlərin satışına başlayıb.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə uçuşlar sentyabrın 15-dən həftədə iki dəfə - bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.
Əlverişli uçuş cədvəli sayəsində sərnişinlər səyahətləri üçün ən yaxşı vaxtı seçə biləcəklər.
Kişineuya reyslərə biletləri “Azərbaycan Hava Yolları”nın internet saytında - www.azal.az, mobil əlavədə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar.
Qeyd edək ki, Moldovanın paytaxtı zəngin tarixi, mədəni irsi və gözəl memarlığı ilə tanınır.
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
Daha bir küçədə sürət həddi endirilib
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
ASCO üzrə bu ilin II rübündə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb