×
A
A
A
Sazlamalar

Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur

Bakı, 14 avqust, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə institutun şöbə müdiri iqtisad elmləri doktoru Əlövsət Əliyev məlumat verib.
Ə.Əliyev yeni rəqəmsal texnoloji iqtisadiyyat sektorlarının süni intellekt texnologiyaları əsasında formalaşması problemlərinin araşdırılması və inkişaf səviyyəsinin qiymətləndirilməsi modellərinin işlənilməsi ilə bağlı yerinə yetirilmiş elmi-tədqiqat işlərini diqqətə çatdırıb. O, bu istiqamətdə süni intellekt əsasında texnoloji iqtisadiyyat sektorlarının formalaşdırılması istiqamətində mexanizmlərin işlənildiyini, təhsil iqtisadiyyatının “Sənaye 4.0” platforması əsasında iqtisadi səmərəliliyinin yüksəldilməsi problemlərinin araşdırıldığını bildirib. Alim, həmçinin Big Data əsaslı texnoloji iqtisadiyyat sektorlarının formalaşması problemlərinin təhlili və inkişaf səviyyəsinin yüksəldilməsi ilə bağlı tədqiqatların aparıldığını, Azərbaycanın internet mühitində kommersiya xarakterli informasiya resurslarının mübadiləsinin analiz edildiyini, eləcə də informasiya istehsalçısı və istehlakçısının qarşılıqlı münasibətlərinin ümumi iqtisadi inkişafa təsirinin tədqiq olunduğunu vurğulayıb.

 

Texnologiya 2023-08-14 16:19:00