×
A
A
A
Sazlamalar

Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb

Bakı, 9 avqust, AZƏRTAC

Kompüterdə ən mürəkkəb hesablamaları aparmaq mümkündür. Lakin insanlar üçün xeyli asan sayılan dağ və dənizi fərqləndirmək ən güclü süni zəka üçün xeyli giriş və enerji tələb edir.
AZƏRTAC “ScienceDaily” saytına istinadən xəbər verir ki, Kaliforniya Universitetinin alimləri süni zəka modelinə insan beyninin tanıma mexanizmini köçürmək üçün tədqiqat aparıblar. Bu yolla alimlər iki şey əldə etməyi düşünürdülər: birinci, az enerji sərfiyyatına yol vermək; ikinci, insan beyni üçün asan, kompüter üçün çətin olan funksiyaları rahatlıqla yerinə yetirmək.
Kaliforniya Universitetinin alimləri bu işi yerinə yetirmək üçün iki mərhələli təcrübə həyata keçiriblər. Onlar əvvəlcə kvant mexanizmində bir tək beyin elementini təqlid etməkdə uğur qazanıblar. İkinci mərhələdə təqlid mexanizmini yeni növ cihaza ötürüblər və burada onu aktiv hala gətiriblər. Nəticədə beyni olduğu kimi təqlid edə bilən süni intellekt modeli ərsəyə gəlib.
Tədqiqatın müəlliflərindən Frano qeyd edib ki, onlar insan beynində olduğu kimi minimal enerji sərfiyyatı ilə maksimum tanıma funksiyası əldə edə biliblər. Gələcəkdə bu funksiyanı daha da inkişaf etdirərək cihazdan robot cərrahiyyəsində istifadə etmək planlaşdırılır.

Texnologiya 2023-08-09 11:58:00