×
A
A
A
Sazlamalar

Qəbələ və Oğuzda baş vermiş yanğınların meşə sahələrinə keçməsinin qarşısı alınıb

Bakı, 13 avqust, AZƏRTAC

Qəbələ rayonunun Solquca və Oğuz rayonunun Xaçmaz kəndləri ərazisindəki kolluq sahələrdə yanğın hadisəsi baş verib.
Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov AZƏRTAC-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğınlar söndürülüb və meşəyə keçməsinin qarşısı alınıb: “Solquca kəndi ərazisində dəfələrlə yanğın hadisəsi təkrarlandığına görə ərazi xüsusi nəzarətə götürülüb, post quraşdırılıb, növbətçilik təşkil olunub”.
Xidmət rəisi yanğın hadisələrinin baş verməməsi, meşə sahələrinin, təbiət ərazilərinin zərər görməməsi üçün vətəndaşları ehtiyatlı və diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına olduqca ciddi əməl etməyə, məsuliyyəti hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.

Ekologiya 2023-08-13 21:44:00