×
A
A
A
Sazlamalar

Sabah Bakıda və Abşeron yarımadasında 42 dərəcəyədək isti olacaq

Bakı, 13 avqust, AZƏRTAC

Avqustun 14-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, Cənub-Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-29° isti, gündüz 37-40°, bəzi yerlərdə 41-42° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 758 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60, gündüz 30-40 faiz təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Abşeron çimərliklərində Cənub-Şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 27-28° isti, Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 29-30° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yüksək dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq, mülayim Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 18-23° isti, gündüz 29-34° isti olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 24-29° isti, gündüz 38-40°, bəzi yerlərdə 42-43° isti olacağı gözlənilir.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 29-34°, bəzi yerlərdə 36-38° isti olacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi yüksək dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23° isti, gündüz 28-33°, bəzi yerlərdə 36-38° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-41° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Mingəçevir, Göyçay, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi yüksək dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39° isti, dağlarda gecə 18-23° isti, gündüz 29-34° isti olacağı ehtimal edilir.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında günəşli olacaq, mülayim Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 38-40°, bəzi yerlərdə 42-43° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava günəşli olacaq, mülayim Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-25° isti, gündüz 35-39° isti, dağlarda gecə 21-24° isti, gündüz 30-34° isti olacaq.

Ekologiya 2023-08-13 13:27:00