×
A
A
A
Sazlamalar

Ölkə ərazisində isti və bürkülü hava şəraiti avqustun 17-dək davam edəcək

Bakı, 13 avqust, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin avqustun 13-ü saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, havanın maksimal temperaturu avqustun 12-də Bakıda iqlim normasından 6 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 41 dərəcəyədək, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 43 dərəcəyədək, Gəncə-Qazax zonasında 40 dərəcəyədək, dağlıq rayonlarda 34 dərəcəyədək isti olub.
İsti hava dalğasının təsiri nəticəsində ölkə ərazisində müşahidə olunan isti və bürkülü hava şəraitinin avqustun 17-dək davam edəcəyi gözlənilir.

Ekologiya 2023-08-13 11:02:00