×
A
A
A
Sazlamalar

Ötən gün Bakıda havanın maksimal temperaturu iqlim normasından 5.2° yuxarı olub

Bakı, 12 avqust, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin avqustun 12-sinə məlumatına əsasən, ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, avqustun 11-də Bakıda havanın maksimal temperaturu iqlim normasından 5.2° yuxarı olub. Bakıda və Abşeron yarımadasında 41°-dək, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 43°-dək, Gəncə-Qazax zonasında 41°-dək, dağlıq rayonlarda 35°-dək isti olub.
İsti hava dalğasının təsiri nəticəsində ölkə ərazisində müşahidə olunan isti və bürkülü hava şəraitinin avqust ayının ortalarınadək davam edəcəyi gözlənilir.

 

Ekologiya 2023-08-12 15:21:00