Qanunsuz ov edən şəxslər cəzalandırılıblar
Bakı, 12 avqust, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdikləri növbəti nəzarət tədbirləri zamanı Şəmkir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Tovuz rayon sakini Elnur Nağıyev, Şəmkir rayon sakinləri Rafiq Qənbərov və Seymur Abbasov olduğu məlum olub, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Eyni zamanda, “Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyası çərçivəsində keçirilən nəzarət tədbirləri zamanı Şəmkir və Xaçınçay su anbarlarından, Kür çayından və digər daxili su hövzələrindən 1480 metr uzunluğunda 31 ədəd sintetik tor yığışdırılıb.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb