×
A
A
A
Sazlamalar

Faktiki hava: ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir

Bakı, 11 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 11-i saat 17:00-a olan məlumatına əsasən, ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41°-dək, Naxçıvan Muxtar Respublikasında 42°-dək, aran rayonlarında 43°-dək, Gəncə-Qazax zonasında 41°-dək, dağlıq rayonlarda isə 34°-dək yüksəlib.

Ekologiya 2023-08-11 18:12:00