×
A
A
A
Sazlamalar

Avqustun 12-13-də milli parklarda gözlənilən hava şəraiti

Bakı, 11 avqust, AZƏRTAC
İstirahət günlərində - avqustun 12-13-də milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Samur-Yalama Milli Parkında havanın əsasən yağmursuz olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-25°, gündüz 34-37° isti olacaq.
Altıağac Milli Parkında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-23°, gündüz 32-34° isti olacağı proqnozlaşdırılır.
Ağgöl Milli Parkına yollanmaq istəyənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 23-25°, gündüz 35-37° isti olacağı bildirilir.
Qızılağac Milli Parkında günəşli hava şəraiti müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25°, gündüz 34-37° isti olacaq.
Göygöl Milli Parkında havanın əsasən yağmursuz olacağı ehtimal edilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-23°, gündüz 32-35° isti olacağı gözlənilir.
Şirvan Milli Parkında havanın sabit, yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 23-26°, gündüz 36-39° isti olacağı ehtimalı var.
Hirkan Milli Parkında hava şəraiti günəşli olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-23°, gündüz 30-34° isti olacağı ehtimal edilir.
Milli parklarımızın hamısı əvəzolunmaz təbiət inciləridir. Turistlər bu gözəllikləri həvəslə ziyarət edərək həm füsunkar mənzərələrdən zövq ala bilir, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur ki, bu da ekoturistlərin sayının artan templə inkişafını təmin edir. Milli parklarda ekoturizmin daha da inkişaf etdirilməsi üçün ardıcıl tədbirlər görülür.

Ekologiya 2023-08-11 16:05:00