Metronun “Nizami” stansiyasının platforma tavanında təmir işləri aparılır
Bakı, 11 avqust, AZƏRTAC
“Bakı Metropoliteni” QSC-nin “Nizami” stansiyasında platformanın tavanında sağlamlaşdırma və gücləndirmə tədbirlərinə başlanılıb.
QSC-dən AZƏRTAC-a bildirilib ki, “Nizami” stansiyası ağır hidrogeoloji şəraitdə yerləşdiyindən stansiya infrastrukturu müntəzəm nəzarət altında saxlanılır.
Texnoloji proseslərin dövrü qulluq və təmir tələbinə uyğun olaraq, görülən işlər çərçivəsində tavan örtüyü sökülərək, müvəqqəti işıqlanma sistemi qurulub. Tunel geyimi müvafiq qaydada korroziyadan təmizlənəcək, axıntılar ləğv olunacaq. Daha sonra korroziya əleyhinə boya maddəsi ilə rənglənəcək, suaxarlar quraşdırılacaq. Bütün texnoloji tədbirlər başa çatdıqdan sonra stansiyanın tavan örtüyü yenisi ilə əvəzlənməklə işıqlanma sistemi bərpa olunacaq.
Sağlamlaşdırma istiqamətində tədbirlər yalnız metropolitendən sərnişinlərin istifadə etmədiyi gecə növbəsində aparılır.
Təmir dövründə stansiyada müvafiq nəzarət mexanizmləri təmin olunacaq.
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
Daha bir küçədə sürət həddi endirilib
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
ASCO üzrə bu ilin II rübündə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb