×
A
A
A
Sazlamalar

Neft məhsullarının Kür çayına axıdılması faktları aşkarlanıb

Bakı, 11 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin Mingəçevir şəhər Polis Şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin və Mingəçevir Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Mingəçevir şəhərində Kür çayı sahilində, gəmilərin yan aldığı limandakı kater və gəmilərdə yanacaq çəninin düzgün izolyasiya olunmaması və mühərriklərdə olan nasazlıq səbəbindən neft məhsullarının çaya axıdılması faktları müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, faktlarla bağlı gəmi istifadəçiləri Ümüd Nəbiyev, İntiqam Kamalov, Məhərrəm Məhərrəmov barəsində akt və protokol tərtib edilib, qanunamüvafiq tədbirlər görülüb. Nəqliyyat vasitələrində olan nasazlıqların aradan qaldırılması üçün onlara məcburi göstərişlər verilib.

Ekologiya 2023-08-11 12:48:00