×
A
A
A
Sazlamalar

Bu ilin 6 ayı ərzində ASCO tankerləri ilə 2,5 milyon ton yük daşınıb

Bakı, 11 avqust, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2023-cü ilin 6 ayı üçün yükdaşıma göstəricilərini açıqlayıb.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, cari ilin 6 ayı ərzində ASCO tankerləri ilə 2,5 milyon ton yük daşınıb.
Bərə və Ro-Pax tipli gəmilərlə daşınan vaqonların sayı 16903 ədəd, avtonəqliyyat vasitələrinin sayı isə 15611 ədəd olub.
ASCO-nun universal quru yük gəmiləri ötən 6 ayda 422 min ton yük nəql edib.

Nəqliyyat 2023-08-11 11:15:00