×
A
A
A
Sazlamalar

Faktiki hava: avqustun 10-da havanın temperaturu Bakıda iqlim normasından 5° yuxarı olub

Bakı, 11 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 11-i saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti sabit olub, yağmursuz keçib.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, havanın maksimal temperaturu avqustun 10-da Bakıda iqlim normasından 5° yuxarı olub. Bakıda və Abşeron yarımadasında, eləcə də Gəncə-Qazax zonasında temperatur 40°, Naxçıvan Muxtar Respublikası və aran rayonlarında 42°, dağlıq rayonlarda isə 34°-dək yüksəlib.
İsti hava dalğasının təsiri nəticəsində ölkə ərazisində müşahidə olunan isti və bürkülü hava şəraitinin avqustun ortalarınadək davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 37-40°, bəzi yerlərdə 41-42°, aran rayonlarında 38-40°, bəzi yerlərdə 42-44° isti olacağı gözlənilir.

Ekologiya 2023-08-11 10:41:00