×
A
A
A
Sazlamalar

Səs titrəməsindən istifadə edilən qədim müalicə üsulu

Bakı, 11 avqust, AZƏRTAC

Səs terapiyası və ya səs şəfası bir növ bədənin titrəmə tarazlığı və harmoniya vəziyyətinə gətirmək üçün müxtəlif səs tezliklərindən istifadə edən qədim müalicə üsulu hesab olunur. Səs vannaları adlanan müalicəvi terapiya seansları yoqaya da bənzəyir. Bununla belə yoqadan fərqli olaraq səs müalicəsində mütəxəssislər tərəfindən müxtəlif alətlərdən istifadə olunur. “Sound healing” terapiyasının tarixi isə çox illər əvvələ gedib çıxır.
AZƏRTAC xəbər verir ki, mütəxəssis Lamiyə İsmayılova deyib: “Bu terapiya növü təxminən 500 il əvvəl Mesopatamiyada kəşf olunub. Tibet çaşaları insanların ətrafında gəzdirilir, xüsusi qablar və xüsusi tezliklər vasitəsilə yaradılan səs titrəyişləri dinlədilərək həyata keçirilir. Sonralar bu terapiya növünün yeni bir üsulu meydana gəlib. Tibet çaşaları bədənin üzərinə toxundurularaq insanlara daha dərindən şəfa verməyə başladı”.
Alətlərin çıxardığı səsə tezlikləri insanın beyin dalğalarının və bədənin özünümüalicə sistemini aktivləşdirən bərpaedici təsirə malikdir. Tibet səs çanağı, büllur səs kasası, ənənəvi kiçik şaman nağaraları, əl istehsalı sinklər səs müalicə seanslarında istifadə olunan ümumi alətlərdir və onlar müxtəlif məqsədlərə xidmət edir. Məsələn, böyük kristal qablar yeddi çakranı stimullaşdırmaq məqsədi daşıyır. Onun vasitəsilə sinir sistemini stimullaşdırmaq və bədəni gərginlikdən çıxarmağa kömək etmək olur.
“İstifadə olunan kristal çaşalar bədəndə yerləşən yeddi əsas çakra ilə birbaşa əlaqəlidir. Yəni bu çakralardakı balanslıq blokajlar, bədəndə narahatlıq, gərginlik, depressiya, yuxusuzluq, motivasiyasızlıq verirsə, həmin şəkildə də kristal çaşaları hərəkətə gətirərkən onun titrəyişi bədənə yayılarkən neqativ hisslər, yorğunluq və aqressiya insanı tərk edir və onun çakraları balanslı şəkildə işləməyə başlayır”, - deyə mütəxəssis bildirib.
Səs şəfa seansları zamanı müxtəlif bədən reaksiyaları baş verə bilər. Ən çox müşahidə edilən isə əllərdə və ayaqlarda qıcıqlanma hissi, bədənin soyuması və əksinə, bədənin istiləşməsidir. Beş mil il əvvəldən bu günə qədər gəlib çıxan səs terapiyasının tətbiq edən çox az sayda peşəkar var. Mütəxəssislərin dediyinə görə, həmin terapiya zamanı istifadə olunan alətlər də xaricdən gətirilir.

 

Sağlamlıq klubu 2023-08-11 01:09:00