Tullantıların düzgün idarə olunmamasına görə iaşə obyektlərinin cavabdeh şəxsləri cərimələniblər
Bakı, 10 avqust, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Tovuz rayonu ərazisində fəaliyyət göstərən “Tural”, “Yurd yeri”, “Fındıqlı” və “Nəvələr” istirahət mərkəzlərindən ətrafa tullantıların atıldığı və çirkab suların axıdıldığı müəyyən edilib.
Xidmət rəsmisi Xaliq Mirzəyev AZƏRTAC-a bildirib ki, faktlarla bağlı “Tural” istirahət mərkəzinin icarədarı Əlixan Tağıyev, “Yurd yeri” istirahət mərkəzinin cavabdeh şəxsi Afiq İsmayılov, “Fındıqlı” istirahət mərkəzinin səlahiyyətli nümayəndəsi Arif Hümbətov və “Nəvələr” istirahət mərkəzinin iş icraçısı Xanoğlan Qasımov barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Gələcəkdə belə hallara yol verilməməsi üçün iaşə obyektlərinin sahiblərinə məcburi göstəriş verilib.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb