Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə qatarların hərəkət qrafikində dəyişiklik edilib
Bakı, 9 avqust, AZƏRTAC
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə qatarların hərəkət qrafikində dəyişiklik edib.
AZƏRTAC QSC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, avqustun 14-dən Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə hərəkət edən elektrik qatarlarından birinin reysini ləğv edəcək. Məqsəd dəmiryolu infrastrukturunun kontakt şəbəkəsində cari təmir işlərinin aparılması, günorta saatlarında texniki fasilənin götürülməsidir.
Belə ki, Bakıdan saat 13:30-da və Sumqayıtdan isə saat 14:30-da yola düşən qatar reysi ləğv edilir.
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
Daha bir küçədə sürət həddi endirilib
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
ASCO üzrə bu ilin II rübündə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb