×
A
A
A
Sazlamalar

Qanunsuz ağac kəsintisi ilə əlaqədar toplanmış sənədlər Baş Prokurorluğa göndərilib

Bakı, 9 avqust, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdikləri növbəti nəzarət tədbirləri zamanı paytaxtın Səbail rayonu, Rafiq İskəndərov küçəsində fəaliyyət göstərən “Pokrovka” restoranının həyətyanı sahəsində ağac kəsintisi faktı müəyyən olunub.
Xidmət rəsmisi Qafar Ağayev AZƏRTAC-a bildirib ki, araşdırma zamanı ağacın həmin restoran tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.
Yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Ekologiya 2023-08-09 17:57:00