×
A
A
A
Sazlamalar

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Bakı, 8 avqust, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq avqustun 12-13-nə əlavə qatar reysləri təyin edib.
AZƏRTAC QSC-yə istinadla xəbər verir ki, əlavə təyin edilən qatarlar hər şənbə, bazar günləri saat 08:25-də Bakı Dəmiryol Vağzalından Ağstafaya çıxacaq, 17:10-da isə Ağstafa Dəmiryol Vağzalından Bakıya yola düşəcək.
Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlar ənənəvi qrafiklə Bakıdan hər gün saat 08:45-də, Ağstafadan isə 18:15-də yola düşür.

Nəqliyyat 2023-08-08 18:09:00