Ərəb ölkələrində isti yay mövsümünün başa çatması necə müəyyən edilir?
Bakı, 6 avqust, AZƏRTAC
Ərəb astronomları yay istisinin geri çəkilmə tarixini açıqlayıblar. Ərəb Astronomiya və Kosmik Elmlər İttifaqının üzvü İbrahim əl Carvanın sözlərinə görə, bu il tədricən soyuma avqustun 24-dən başlamalıdır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, məhz bu gün Ərəbistan səmasında Suheyl ulduzu yüksələcək, o, bölgə tarixinin ən isti yay dövrlərindən birinin sonunu simvollaşdıracaq. Suheyl göydəki parlaqlığına görə ikinci (Siriusdan sonra) ulduzdur, 27 milyon yaşı var, Yer kürəsindən 310 işıq ili uzağında yerləşir.
Xatırladaq ki, bu yay ərəb ölkələrində havanın temperaturu dəfələrlə 50 dərəcəyə çatıb.
Məlum olduğu kimi, ərəblər Suheyl ulduzundan (Avropada daha çox Kanopus kimi tanınan Alfa Kil) dəniz naviqasiyası (Cənub Qütb ulduzu kimi) və səhra səyahətlərində istiqaməti müəyyən etmək üçün istifadə edirdilər. Müxtəlif xalqlarda onunla bağlı bir çox əfsanə və rəvayətlər var. Ərəbistanda onun "mövsümü" 53 gün davam edir, bu zaman bölgəyə, xüsusən də günəş batandan sonra hiss olunan, çoxdan gözlənilən sərinlik gəlir.
2023-cü ildə dünyanın bir çox regionunda anomal istilər müşahidə olunub. İnsanların əksəriyyəti iqlim dəyişiklikliyi ilə əlaqədar olan həyəcanlı tendensiyalara lazımi diqqət yetirmir. Planetin hər yerində qeydə alınan istiliyin rekord göstəriciləri diqqətdən kənarda qala bilməyən və ciddiləşən problemdən xəbər verir.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb