×
A
A
A
Sazlamalar

Qanunsuz qum daşındığı faktları müəyyən edilib

Bakı, 5 avqust, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xızı rayonunun Yaşma qəsəbəsinin Xəzər dənizi sahilindən və Şəki rayonu ərazisindən keçən Şin çayının Əyriçaya tökülən hissəsindən qanunsuz qum daşındığı faktları müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı qum qarışığının Xızı rayonunda üzərində dövlət nömrə nişanı olmayan ekskavator və Fuad Atabayevin idarə etdiyi “Shacman” markalı, 77-EL-684 dövlət nömrə nişanlı yük avtomobili, Şəki rayonunda isə Vüsal Qarazadə tərəfindən ağır texnika vasitəsilə daşındığı məlum olub.
Faktlarla bağlı təqsirkar şəxslər barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Ekologiya 2023-08-05 11:27:00