Bakı Limanı Ro-Ro terminalından bugünədək 2 milyonadək yük və 83 mindən çox təkərli texnika aşırılıb
Bakı, 3 avqust, AZƏRTAC
Bakı Limanı Ro-Ro terminalının istifadəyə verilməsindən bu günədək Türkmənistan, Qazaxıstan və digər ölkələr üzrə ümumilikdə 2 milyonadək yük və 83 mindən çox təkərli texnika (TIR) aşırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Limanının mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, cari il 6 ayda Bakı Limanında 3 milyon 539 min tondan çox yük aşırılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz çoxdur.
Qeyd edək ki, Bakı limanı Xəzər dənizinin ən qədim limanıdır, Azərbaycanın dövlət quruculuq tarixinin bir çox mərhələsində mövcud olub. Əsrlər boyu, Bakı limanı qədim İpəkyolu, eləcə də, Şimali Avropa və Rusiyanı Orta Şərq və Cənubi Asiya ilə birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşərək Şərq və Qərb arasında nəqliyyat dəhlizi kimi çıxış edib. Bakı dəniz limanı ölkəmizin milli sərvətinə çevrilərək strateji maraqlarımızın qorunmasına xidmət edir. 1902-ci il iyulun 21-də limana rəsmi olaraq özünüidarəetmə hüququ verilib. Bu il Bakı Limanının yaranmasından 121 il ötür.
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
Daha bir küçədə sürət həddi endirilib
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
ASCO üzrə bu ilin II rübündə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb