×
A
A
A
Sazlamalar

Bu ilin 6 ayında piyadaların qatar yoluna qəfil çıxması nəticəsində 4 nəfər ölüb

Bakı, 2 avqust, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” piyadalara xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, xəbərdarlıqda deyilir: “2023-cü ilin ilk 6 ayı ərzində piyadaların qatar yoluna qəfil çıxması səbəbindən dəmir yollarında 7 hadisə baş verib. Hadisələr nəticəsində 4 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Təhlükəsizliyiniz üçün yalnız təyin olunmuş keçidlərdən istifadə edin. Yolunuzu uzatmaqla ömrünüzü uzadın!”.

Nəqliyyat 2023-08-02 12:00:00