Türkmənbaşı-Ələt marşrutu üzrə konteyner daşımalarının həcmi 2,9 dəfə artıb
Bakı, 1 avqust, AZƏRTAC
Bu ilin birinci yarısında Türkmənistanın Türkmənbaşı beynəlxalq dəniz limanı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında daşınan konteynerlərin sayı 2 362 TEU-ya çatıb.
AZƏRTAC Türkmənistanın dəniz ticarət donanmasının məlumatına istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.
Yük daşımaların ümumi həcmindən 25 faizi idxal, 34 faizi ixrac, 41 faizi isə tranzit daşımaların payına düşüb.
Cari ilin ilk 6 ayında Dəniz Ticarət Donanmasının gəmiləri ilə yük daşımalarının ümumi həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 31,4 faiz artaraq 1 150,50 min ton təşkil edib.
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
Daha bir küçədə sürət həddi endirilib
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
ASCO üzrə bu ilin II rübündə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb