×
A
A
A
Sazlamalar

Gülşad Məmmədova: Leysan yağacaq, çaylarda sululuq artacaq

Bakı, 28 iyul, AZƏRTAC
İyulun 29-dan 30-u səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti güclənəcək. Belə ki, küləyin maksimal sürətinin saniyədə 18-23, iyulun 29-u səhər yarımadanın bəzi yerlərində 30-32 metrə çatacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Bildirib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° enərək 25-28° isti olacaq. İyulun 29-dan 30-u səhərədək əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacaq. Bəzi yerlərdə yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur. Qərb küləyi əsəcək, bəzi rayonlarda saniyədə 25-30 metrədək güclənəcək. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı proqnozlaşdırılır.

Ekologiya 2023-07-28 16:57:00