×
A
A
A
Sazlamalar

Yeni yaradılmış mikrocərrahi robot xərçəngin müalicəsinə yeni istiqamət verəcək

Bakı, 28 iyul, AZƏRTAC

Müasir tibbin ən aktual problemlərindən biri xərçəng xəstəliyinin müalicəsidir. Problemin həllində bu dəfə həkimlərlə yanaşı robotistlərin əməyi danılmazdır.
AZƏRTAC “ScitechDaily” saytına istinadən xəbər verir ki, Lids Universitetinin alimləri bu dəfə bədxassəli şişlərin əməliyyatında həkimlərə kömək edəcək və xərçəngin ilkin mərhələsində onu təyin edə bilən mikrocərrahi robot layihəsi işləyib hazırlayıblar. Maqnit vasitəsilə idarə edilən və 2 millimetr diametri olan bu cihaz insan bədəninə köçürülərək xərçəng riski daşıması ehtimal olunan hüceyrələri təsbit edə bilir. Hazırda texnologiyanın təkmilləşdirilməsində alimlər, mühəndislər və həkimlər birgə çalışır. Həkim Covanni Pittiglio deyir ki, indiyədək onlar bu qurğudan yalnız ağciyər xərçənginin müəyyənləşdirilməsində istifadə ediblər, lakin gələcəkdə onun istifadə sahələrinin genişləncəyinə ümid bəsləyirlər.
Cihazın təkmilləşməsində yaxından iştirak etmiş Lids Universitetinin mühəndis professoru Zaneta Kossovska qeyd edir ki, “biz bu cihaz üzərində işləyərkən ən başlıca məqsədimiz xəstələrə mümkün qədər az ağrı hissi yaşatmaq olub və bu gün əminliklə bu məqsədimizə çatdığımızı deyə bilirik”.

Texnologiya 2023-07-28 16:18:00