×
A
A
A
Sazlamalar

İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti

Bakı, 28 iyul, AZƏRTAC
İstirahət günlərində (iyulun 29-30-da) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Samur-Yalama Milli Parkında hava şəraiti əsasən yağmursuz keçsə də, səhər saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, iyulun 29-u günün birinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 20-23°, gündüz 25-30° isti olacaq.
Altıağac Milli Parkında havanın sabit, əsasən yağmursuz keçəcəyi, lakin səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 23-28° isti olacağı proqnozlaşdırılır.
Ağgöl Milli Parkına yollanmaq istəyənləri əsasən yağmursuz hava şəraiti gözləsə də, iyulun 30-da axşama doğru yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək, iyulun 29-da arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 30-34° isti olacağı bildirilir.
Qızılağac Milli Parkında əsasən yağmursuz hava şəraiti gözlənilsə də, iyulun 30-da axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-23°, gündüz 30-34° isti olacağı ehtimal edilir.
Göygöl Milli Parkında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin səhər saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-18°, gündüz 20-25° isti olacağı ehtimalı var.
Şirvan Milli Parkında havanın sabit, yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 30-35° isti olacağı gözlənilir.
Hirkan Milli Parkında əsasən yağmursuz hava şəraiti gözlənilsə də, iyulun 30-da axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-25°, gündüz 30-34° isti olacaq.
Milli parklarımızın hamısı əvəzolunmaz təbiət inciləridir. Turistlər bu gözəllikləri həvəslə ziyarət edərək həm füsunkar mənzərələrdən zövq ala bilir, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur ki, bu da ekoturistlərin sayının artan templə inkişafını təmin edir. Milli parklarda ekoturizmin daha da inkişaf etdirilməsi üçün ardıcıl tədbirlər görülür.

Ekologiya 2023-07-28 15:53:00