Çay yatağından qanunsuz qum-çınqıl daşınması faktı aşkarlanıb
Bakı, 28 iyul, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bərdə rayonunun Zümürxan kəndi yaxınlığındakı çay yatağından qanunsuz qum-çınqıl daşındığı müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı qum-çınqıl qarışığının ərazidə fəaliyyət göstərən “Salehoglu-R” karxanası tərəfindən daşındığı məlum olub.
Faktla bağlı karxananın iş icraçısı Rahib Əhmədov barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb