×
A
A
A
Sazlamalar

Qanunsuz qum-çınqıl daşınması faktı müəyyən edilib

Bakı, 27 iyul, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, “Novxanı bağları” massivindən qanunsuz qum-çınqıl daşındığı müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı qum-çınqıl qarışığının “Ford” markalı, 77-EL-681 dövlət nömrə nişanlı yük maşınının sürücüsü Kamran Yusifov və ekskavatorun sürücüsü İmamverdi Orucov tərəfindən daşındığı məlum olub.
Bildirilib ki, faktla bağlı akt, protokol tərtib olunub və sürücülər barədə qanunamüvafiq tədbirlər görülüb.

Ekologiya 2023-07-27 18:10:00