×
A
A
A
Sazlamalar

Qaradağ rayonunda qanunsuz torpaq daşındığı müəyyənləşdirilib

Bakı, 26 iyul, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdikləri növbəti nəzarət tədbirləri zamanı paytaxtın Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisindən gecə saatlarında “KamAZ” markalı 56-BX-332, 56-BE-161, 56-BD-089, 56-BD-562, 56-BX-717 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə qanunsuz torpaq daşındığı müəyyənləşdirilib.
Xidmət rəsmisi Qafar Ağayev AZƏRTAC-a bildirib ki, faktla bağlı akt tərtib olunub. Nəqliyyat vasitələrinin sürücülərinin kimliyini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.

Ekologiya 2023-07-26 12:52:00