×
A
A
A
Sazlamalar

Tullantıların qalaqlanaraq yandırılması faktları ilə bağlı akt və protokol tərtib olunub

Bakı, 26 iyul, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdikləri növbəti nəzarət tədbirləri zamanı İmişli-Bəhrəmtəpə avtomobil yolunun kənarında fəaliyyət göstərən “Qlobus-999” tikinti materialları mağazasının, İmişli rayonunun Qaradonlu kəndindəki “Araz" kafesinin, Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində “Muğan Firması” ticarət mərkəzinin, Saatlı rayonunun Mollavaizli kəndindəki “Oskar” kafesinin və Bərdə şəhərinin Bakı küçəsindəki “Bazarstore” marketin fəaliyyəti zamanı formalaşan tullantıların qalaqlanaraq yandırılması faktları müəyyənləşdirilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, faktlarla bağlı akt, protokol tərtib olunub, “Qlobus-999” mağazasının müdiri Sahil Quliyev, “Araz” kafesinin sahibi Elnur Ağayev, “Oskar” kafesinin sahibi Saqif Məmmədov, “Bazarstore” mağazasının rəhbəri Pərviz Cabbarzadə vəzifəli şəxs qismində cərimələnib.
“Muğan Firması” ticarət mərkəzinin müdiri Zabil Məmmədovun isə hüquqi şəxs qismində cərimələnməsi üçün toplanmış sənədlər Hacıqabul Rayon Məhkəməsinə göndərilib.

 

Ekologiya 2023-07-26 11:09:00