592 və 553 nömrəli müntəzəm avtobus marşrutları üzrə müsabiqənin vaxtı təxirə salınıb
Bakı, 25 iyul, AZƏRTAC
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində iyunun 19-da müsabiqəyə təqdim etdiyi Abşeron rayonunun Görədil qəsəbəsi-Xırdalan şəhəri 592 və Güzdək qəsəbəsi-Bakı şəhəri 553 nömrəli müntəzəm avtobus marşrutları üzrə müsabiqə texniki səbəblərdən təxirə salınıb.
AYNA-dan AZƏRTAC-a bildirilib ki, qeyd olunan müntəzəm avtobus marşrutları üzrə müsabiqənin keçiriləcəyi tarix barədə əvvəlcədən məlumat veriləcək.
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
Daha bir küçədə sürət həddi endirilib
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
ASCO üzrə bu ilin II rübündə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb