×
A
A
A
Sazlamalar

“Red Bull” komandası yeni rekorda imza atıb

Bakı, 24 iyul, AZƏRTAC

“Red Bull” komandasının ikiqat dünya çempionu Maks Ferstappen Macarıstan Qran-Prisində qalib olmaqla, yeni rekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, niderlandlı pilotun bu uğuru Avstriya təmsilçisinin ardıcıl 12-ci qələbəsi olub. Bu da komandanın tarixində ən yaxşı nəticədir.
Qeyd edək ki, “Red Bull” komandası ötən dünya çempionatının sonuncu mərhələsi – Əbu-Dabi Qran-Prisindən sonra heç vaxt məğlub olmayıb. Cari mövsüm komanda 11 mərhələnin hamısında qalib gəlib. Belə ki, meksikalı Serxio Peres iki, Ferstappen isə doqquz dəfə yarışın ən yaxşısı olub.

 

 

İdman 2023-07-24 14:41:00