E-təhsildə tələbələrin qiymətləndirilməsində “Data Mining” metodlarının tətbiqi məsələləri araşdırılır
Bakı, 22 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda elektron təhsildə tələbələrin qiymətləndirilməsində “Data Mining” metodlarının tətbiqi məsələləri araşdırılır.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. “Data Mining”- əvvəllər bilinməyən və əhəmiyyətsiz görünən informasiyalardan, insan fəaliyyətinin müxtəlif sahələrində qərar qəbul etmək üçün lazım olan biliklərin, praktik olaraq, faydalı və əlçatan şəkildə şərh edilməsi prosesidir.
Təhsildə “Data Mining” (EDM) texnologiyaları tədrislə bağlı məlumatların analiz metodlarının tətbiqinə və inkişafına xidmət edir. “Knowledge Discovery” (böyük həcmdə verilənlərdən məlumatların çıxarılması) prosesi kimi də tanınan EDM metodları təhsil prosesinin təkmilləşdirilməsində istifadə olunur.
“Data Mining” metodlarına və alqoritmlərinə süni neyron şəbəkələri, qərar ağacları, k-means metodları, “bayes” şəbəkələri, xətti reqressiya, təkamüllü proqramlaşdırma, genetik alqoritmlər və s. aiddir. Bu metodların əsas xüsusiyyətləri dəqiqlik, çeviklik, populyarlıq, sürət və şərh edilə bilməkdir.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib