×
A
A
A
Sazlamalar

Lənkəran və İsmayıllıda ağacları qanunsuz kəsənlərlə əlaqədar tədbir görülüb

Bakı, 22 iyul, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lənkəran və İsmayıllı şəhərləri ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədovun AZƏRTAC-a verdiyi məlumata görə, araşdırma zamanı ağacların Lənkəran şəhəri, Həzi Aslanov xiyabanında vətəndaş Vüqar Rəhimov, İsmayıllı şəhəri, Natəvan küçəsi, 23 ünvanında isə vətəndaş Tahir Osmanov tərəfindən kəsildiyi məlum olub.
“Faktlarla bağlı akt tərtib edilib, Lənkəran rayon sakini V.Rəhimov barəsində protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb. İsmayıllı şəhərində isə yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”, - deyə xidmət rəsmisi əlavə edib.

 

Ekologiya 2023-07-22 10:32:00